“Nazirin İran səfərindən sonra hər hansı dəyişiklik gözləmirəm“
Bizi izləyin

Nida.az

“Nazirin İran səfərindən sonra hər hansı dəyişiklik gözləmirəm“

Bu barədə Publika.Az-a açıqlamasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.

Onun sözlərinə görə, İranın Azərbaycana münasibətində institutlaşmış bir yanaşma var: "Orda hətta rejimlər belə dəyişəndə, Quzey Azərbaycanda olan müstəqil dövlətə qarşı münasibət dəyişməyib. Bu dövlət Güney Azərbaycandakı soydaşlarımıza stimul verdiyinə görə, Tehran heç vaxt Quzey Azərbaycanda müstəqil dövlətin mövcudluğunda maraqlı olmayıb. İran həmişə Azərbaycan-Ermənistan münasibətlərində ermənilərin tərəfini tutub".

O vurğulayıb ki, İran Ermənistanla dostluq etməsinin səbəbi sadədir: "Çünki Ermənistan bizim düşmənimizdir. İran Ermənistana silahlab yardım edir, Mehri körpüsü vasitəsilə külli mqidarda iqtisadi cəhətdən yardımlar edir, neft-qaz verir, Qarabağdakı təbii sərvətlərimizi də birgə istismar edir. İranın dini liderləri də davamlı olaraq daxili işlərimizə qarışırlar, müxtəlif təxribatlara təşəbbüslər olur".

Səfər Əbiyevin səfərinin Azərbaycanın İsraildən böyük məbləğdə silah alması barədə İranın narahatlığı fonunda baş verməsini istisna etməyən millət vəkili qeyd edib ki, Azərbaycan dəfələrlə vurğulayıb ki, müstəqil dövlət kimi istənilən dövlətdən silah almaq hüququ var və bunun İranla münasibətlərə təsiri ola bilməz: "Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan irana qarşı meydança rolunda çıxış etməyəcək. İranın bu baxımdan narahatlığı yersizdir. Təbii ki, Azərbaycandan mehriban qonşuluq münasibəti tələb olunursa, əməkdaşlığa çağırış olunursa, qarşı tərəf də eyni münaisbət göstərməlidir. Yoxsa, bu gün əməkdaşlıq sazişi bağla, sabah bir qrup ziyalını çıxar Azərbaycanı tənqid edər, bu, düzgün deyil".

F.Quliyev qeyd edib ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək və silahlı qüvvələrini möhkəmləndirmək məqsədi ilə silahlana və istənilən növ hərbi texnika istehsal edə bilər, bu da heç bir dövləti narahat etməməlidir.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm