Nida Təhlil
Azərbaycan Prezidentinin mediaya yüksək qiyməti - Media kapitanları danışır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün “Real TV” kanalına geniş müsahibə verdi. Prezident 1 saatlıq müsahibəsində ölkə mediasına olan münasibətindən də bəhs etdi. Bildirdi ki, Azərbaycan mediasına həmişə böyük dəstək göstərib: “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq”.
Publika.az xəbər verir ki, prezidentin media ilə bağlı müsbət fikirlərinə öndə gedən Kütləvi İnformasiya Vasitələrinin kapitanları da dəstək çıxdı.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirir ki, Prezident daim mediaya yüksək diqqət göstərib, mediada çalışan jurnalistləri diqqətində saxlayıb:
“Ötən gün İlham Əliyevin “Real TV”yə geniş müsahibə verməsi də bu münasibətin uğurlu göstəricisidir. Təbii ki, geniş, çoxşaxəli, Azərbaycanla bağlı zəngin məlumatlarla əhatə olunan böyük bir müsahibə olub. Media da Azərbaycan ictimaiyyətinin ayrılmaz bir parçasıdır. Azərbaycan ictimai fikri və cəmiyyətində medianın böyük rolu var. Bütövlükdə, Azərbaycan prezidentinin media ilə münasibəti və diqqətini yüksək qiymətləndirirəm və düşünürəm ki, prezident ölkə mediasını həm də xüsusi diqqətlə izləyir. Mətbuat Şurasının idarə heyətinin görüşlərində də dəfələrlə bununla bağlı fikirlər səslənib. Prezidentin media ilə daim ünsiyyətdə olması, yazılan yazılara reaksiya verməsi hər şeyi açıq şəkildə göstərir. Azərbaycan mətbuatı da öz fəaliyyətini uğurla davam etdirməyi qarşısına məqsəd qoyub. Mətbuatımız iqtisadi imkanlarını genişləndirir. Bundan daha mühüm layihələr medianın qarşısında var ki, bunlardan ən əhəmiyyətlisi də Azərbaycanın həqiqətlərini dünyanın müxtəlif dillərində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bu məsələlərin həllində media öz üzərinə düşən işləri görməkdə daha fəal və aktiv olmalıdır”.
“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı isə qeyd edir ki, İlham Əliyevin Azərbaycan mətbuatına diqqət göstərməsi, bir çox məlumatları məhz media vasitəsilə əldə etməsi, öz siyasətində, dövlət idarəçiliyində bu məlumatlardan bəhrələnməsi olduqca təbiidir:
“Bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də medianın özünəməxsus funksiyaları var. O funksiyalardan birincisi cəmiyyəti məlumatlandırmaqdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da media xalqın bilgi əldə etmək hüququna xidmət edir. İlham Əliyev də prezident olmaqdan əlavə, ilk növbədə, bir vətəndaşdır. Azərbaycan cəmiyyətinin bir üzvüdür. Eyni zamanda, bir siyasi hərəkatın lideridir. Bütöv Azərbaycan xalqının etimad göstərdiyi şəxsdir. Bu üç kateqoriyanın hər biri üzrə İlham Əliyevin Azərbaycan mətbuatına diqqət göstərməsi, bir çox məlumatları məhz media vasitəsilə əldə etməsi, öz siyasətində, dövlət idarəçiliyində bu məlumatlardan bəhrələnməsi olduqca təbiidir. Bu sarıdan cənab prezidentin müsahibəsində media bağlı diqqətə çatdırdığı fikirləri normal qarşılayıram. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycanda bir çoxları mətbuatı dövlətlə sanki qarşı-qarşıya qoymaq istəyir. Bu da məqsədli şəkildə aparılan tendensiyadır. Kimlərsə bunu ürəkdən arzu edir. Lakin prezidentin dünənki açıqlamasından da bəlli olur ki, bu, yanlış təsəvvürlərdir və özünü doğrultmayacaq. Azərbaycan mediası Azərbaycan dövlətinin maraqlarını öndə tutur. Ölkədəki iqtisadi, siyasi, sosial dəyişikliklərin hər zaman işıqlandırılmasında fəal rol oynayır. Ona görə də bu, bəzi dairələri qıcıqlandırır”.
"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı isə vurğulayır ki, cənab prezidentin Azərbaycan mətbuatına və jurnalistikaya diqqəti və qayğısı hər zaman hiss olunub:
“Prezident son müsahibəsinin girişində də media ilə bağlı öz mövqeyini bir daha açıqladı. O, Azərbaycan mətbuatını daim izlədiyini və dövlət idarəçiliyində, qərarların qəbulunda medianın vermiş olduğu məlumatların informasiya siyasətindən bəhrələnir. Bunun özü Azərbaycan mediasına, jurnalistlərin fəaliyyətinə verilən ən böyük qiymətdir. Biz də bu dəyəri hiss edirik. Cənab prezident Azərbaycan jurnalistləri ilə bir neçə də görüşüb. Həmin görüşlərdə də səmimi atmosfer yaradıb. Jurnalistlər də problemləri, çatışmazlıqlarını dilə gətirib. Görüşlərdən dərhal sonra problemlərin həlli istiqamətində atılan addımların şahidi olmuşuq. Hesab edirəm ki, prezidentin bu cür açıqlama verməsi, mediaya etibarı cəmiyyət üçün əhəmiyyətlidir”.
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı