Nida Təhlil
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan ən doğru yolunu tapdı - ŞƏRH
“15 iyun Heydər Əliyevin hakimiyyətə qaydışı tarixi proseslərin, ölkədə mövcud siyasi vəziyyətin təzahürü idi. Tarixi şərait tələb edirdi ki, Heydər Əliyev hakimiyyətə gəlsin”.
Bu sözləri Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Ulu öndər Heydər Əliyevin 9 iyun 1993-cü ildə Bakı qayıdışı ilə bağlı danışan baş redaktor bildirib ki, Heydər Əliyevin çətin iqtisadi, siyasi şəraitdə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qurtuluşu olub: “Bildiyiniz kimi həmin dövrdə Gəncədə qiyam baş vermişdi və bu yolla Azərbaycanda hakimiyyətə qarşı ciddi hərbi-siyasi təzyiqlər edilirdi. Bu təsir həm də xaricdən stimullaşdırılırdı. Bizə qonşu olan, lakin dost olmayan ölkələr Azərbaycanın parçalanması, gücünün zəiflədilməsi və yenidən təsir altına alınması istiqamətində Sürət Hüseynovun rəhbərlik etdiyi qiyamçı dəstələri dəstəkləyirdi. Qiyam həmin dəstələrə öz siyasi köməyini təklif edən hakimiyyətin səyi nəticəsində baş tuturdu. Heydər Əliyevin belə şəraitdə Azərbaycana qayıdışı ölkəmizin yeganə çıxış yolu idi”.

A.Aşırlı qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan ən doğru yolunu tapdı: “ Heydər Əliyev gəlişi ilə öz sülh missiyasını həyata keçirməyə başladı. Azərbaycanın istiqbalını, müstəqilliyini qoruyub saxlaya bildi. Onun parçalanmasının qarşısını aldı. Ulu öndər usta siyasətçi, kifayət qədər idarəetmə təcrübəsi olan insan idi və öz bacarığını, imkanlarını ölkənin müstəqilliyinin qorunmasına istiqamətləndirmişdi. 15 iyun Azərbaycanda yeni tarixi mərhələnin və siyasi şəraitin başlanğıcı oldu və bunun hesabına ölkəmiz bu gün öz müstəqilliyini qoruyub saxlayır”.
-
Nida Xəbər 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi

















.png)





















