Region
Erməni nazirin azadlığa buraxılması üçün külli miqdarda girov təklif olundu
Ermənistanın qanunsuz silah-sursat saxlamaqda və özgə əmlakını qəsb etməkdə təqsirləndirilərək həbs edilən sabiq müdafiə naziri Manvel Qriqoryanın vəkilləri məhkəmə zamanı onun azadlığa buraxılması müqabilində ümumi dəyəri 3 milyon dollardan artıq olan əmlaklar təklif ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, yerli saytların canlı yayımladığı məhkəmə zamanı müttəhimin vəkili Levon Baqdasaryan bildirib:
“Qriqoryan və ona yaxın şəxslərə məxsus əmlakların əksəriyyətinə həbs qoyulub. İndi biz müdafiə etdiyimiz şəxsin azadlığa buraxılması müqabilində həbs qoyulmayan 25 əmlakı girov şəklində təklif edirik. Müstəqil ekspertlərin rəyinə görə, həmin əmlakların bazar qiyməti 1,6 milyard drama yaxındır”.
Qeyd edək ki, müttəhimin olmaması səbəbindən məhkəmə iclası yarımçıq qalsa da, məhkəmə bu vəsatəti nəzərə alıb.
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
































.jpg)



