Sağlamlıq
Bu vitaminin çatışmazlığı ağır fəsadlara səbəb ola bilər!
D vitamini çatışmazlığı sümüklərin yumşalmasına səbəb olur, həmçinin otoimmün xəstəliklər və ürək xəstəliklərinin inkişaf riskini artırır.
Publika.az xəbər verir ki, bu barədə endokrinoloq Yelena Kiseleva "Moslenta" ilə söhbətində danışıb. O, vitamin çatışmazlığının bu və digər təhlükəli nəticələri barədə xəbərdarlıq edib. Həkim qeyd edib ki, D vitamini çatışmazlığı sümüklərin vəziyyətinə mənfi təsir göstərir, böyüklərdə osteomalasiyaya, uşaqlarda isə raxit xəstəliyinə səbəb ola bilər. Bundan əlavə, onun sözlərinə görə, vitamin çatışmazlığı qan damarları və ürəyin işinə də mənfi təsir göstərir, Metabolik proseslər pozulmağa başlayır ki, bu da 2-ci tip şəkərli diabet və arterial hipertansiyonun inkişaf riskini artırır.
"Həmçinin D vitamini çatışmazlığı olan insanlarda depressiya və otoimmün xəstəliklərin inkişaf riski daha yüksəkdir. D vitamini cinsi hormonların və qalxanabənzər vəzin hormonlarının sintez prosesində də iştirak edir, odur ki, onun çatışmazlığı burda da problemlərə səbəb ola bilər", - həkim qeyd edib.
Endokrinoloq əlavə edib ki, D vitamini çatışmazlığını həkim yalnız qan analizi nəticələrinə əsasən və lazım olan dozada təyin edə bilər.
Aytən
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?













.jpg)







.jpg)

















