Sağlamlıq
Möcüzəli toxum: Qəbizliyə son
Çia toxumları son illərdə məşhurlaşmasını bir çox faydalı xüsusiyyətlərinə borcludur. Xüsusilə qəbizlik problemi olanlar üçün möcüzəvi təsirə malikdir, çia toxumları həzm sistemini tənzimləyərək bağırsaq sağlamlığını dəstəkləyir.
Publika.az oxucuları çia toxumunun həm faydaları, həm də zərərləri ilə tanış edib.
Hansı faydaları var?
Qlüten həssaslığı olan insanların rasionu böyük əhəmiyyət kəsb edir. Sağlamlıq üçün faydalı olan qidaları seçmək istəyən insanlar çia toxumlarını rahatlıqla yeyə bilərlər.
Çia toxumları tərkibindəki antioksidant və minerallarla qocalmanı gecikdirməyə kömək edir.
Vitaminlərlə zəngin olan çia toxumu dəri sağlamlığı üçün çox faydalıdır.
Həzm sistemini tənzimləyən bağırsaqların daha yaxşı işləməsini təmin edir. Qəbizlik və həzmsizlik üçün yaxşıdır.
Ürək sağlamlığımı qoruyan xüsusiyyəti var.
Şəkərli diabet xəstələrinin müalicə zamanı istifadə etməsinə üstünlük verilə bilər.
Enerji verən xüsusiyyətlərə malikdir.
Maddələr mübadiləsini tənzimləyir.
Sümük sağlamlığını qorumağa kömək edir.
Xərçənglə mübarizə aparır.
Veqanlar üçün də faydalıdır.
Arıqlama prosesini müsbət şəkildə dəstəkləyir. Çünki yüksək lifli quruluşa malikdir və uzun müddət toxluq hissi yaradır.
Hamilə qadınlar da istifadə edə bilər.
Süd qəbul edə bilməyən insanlar üçün kalsium mənbəyidir.
Çia toxumlarının zərərləri nələrdir?
Çia toxumları yüksək liflərə malikdir. Buna görə də çox istifadə edilməməlidir. Əks halda, mədədə narahatlıq yaranacaq.
Çia toxumu çox su əmən bir qidadır. Ona görə də çia yedikdən sonra bol maye qəbul etməyə çalışın.
Liflərin həzm olunmasında problem yaşayan isanlar həddən artıq çia toxumu yeyərsə, onların həzm sistemi mənfi təsirlənər.
Astma və qida allergiyası olan insanlar çia toxumu yeməməlidir.
Azyaşlı uşaqlara çia toxumu yemək tövsiyə edilmir.
Çia toxumları necə yeyilir?
Çia toxumlarının hazırlanması olduqca sadə və asandır. Çiy halda yeyilə bilən çia toxumları su ilə şişir və smuzilərdən salatlara, qatıqdan yulafa qədər bir çox fərqli qidaya əlavə edilə bilər. Bundan əlavə, çia toxumlarını həm souslara, həm də şorbalara əlavə edə bilərsiniz. Çia toxumlarının gündəlik istehlak miqdarına diqqət yetirmək çox vacibdir. Gündəlik tövsiyə olunan çia toxumu miqdarı 1-2 yemək qaşığını keçməməlidir.
Qida dəyəri yüksəkdir
100 qram çia toxumu 42,1 q karbohidrat, 30,7 q yağ və 16,5 q protein ehtiva edir və orta hesabla 486 kkal enerji verir. Toxumda əsas yağ turşularından biri olan yüksək miqdarda a-linolenik turşu (ALA, omeqa-3) var. Tərkibinə yüksək kalsium, fosfor, kalium, dəmir və maqnezium da daxildir.
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək



































