Sağlamlıq
Qarın piyini əridən ən effektiv üsul - Kraç və squatdan təsirlidir!
İnsan bədənində əzələ kütləsindən və yağların yandırılması prosesindən hormonlar cavabdehlik daşıyır. Birinci halda testosteron, ikincidə leptin horomonları. Testosterona yalnız rasionu düzəltmək və məşq prosesini dəyişdirməklə təsir etmək olar. Ancaq bəzən pəhriz və idmandan sonra da qarında yığılan artıq piyləri əritmək mümkün olmur.
Publika.az xəbər verir ki, bu barədə reabilitoloq Roman Şaydullin Lenta.ru-ya danışıb. O, bel nahiyəsinin çətinliklə arıqlamasının səbəblərini izah edib.
"Hər şeyin son dərəcə aydın və məntiqli olduğu görünsə də, yağ yandıran yeganə orqan əzələlərdir və onlar həftənin yeddi günü, 24 saat fasiləsiz işləyirlər. Buna görə bədənin hər hansı bir hissəsində yağ "yataqlarını" yandıra bilməzsiniz. Bütün əzələ kütlənizi istifadə etməklə daha effektiv şəkildə yağ yandırırsınız, nəinki xüsusi bir orqana hesablanan məşqlərdən. Yəni bir-iki saat aşağı templə uzun gəzinti 100 kranç (çırpınma rektus abdominis əzələsini işlədən qarın məşq - red.) və ya 50 dəfə çömbəlməkdən (squat) qat-qat təsirli olur", - Roman Şaydullin qeyd edib.
Qarın yağının yox olmamasının digər mühüm amili də plato effektidir (yuxarı və aşağı olmaqla). Bu, orqanizmin müəyyən fiziki parametrlərin böyüməsinin dayandığı bir vəziyyətidir.
Peşəkar idmançılar hətta aktiv məşq prosesində belə, artıq əzələ kütləsi qazana bilməyəndə, tez-tez yuxarı plato ilə qarşılaşırlar. Daha aşağı plato ilə isə arıqlamaq istəyən adi insanlar tez-tez qarşılaşırlar və bir anda çəki dayanır. Hər iki halda, məşq proqramınızı və pəhrizinizi dəyişdirmək platonu aşmağınıza kömək edəcək.
Bəs qarında yığılan artıq piylərdən xilas olmaq üçün nə etmək lazımdır?
Endokrinoloqun və diyetoloqun ciddi nəzarəti altında hormonlara nəzarət və vitamin çatışmazlığı üçün testlərdən keçin, həmçinin hormonal balans üçün pəhrizinizi tənzimləyin və gündəlik həyatınıza orta fiziki aktivliyi daxil edin. Artıq plato effekti yaşayanlar testosteronun artırılmasına yönələn pəhriz saxlamalı və təlim proqramının dəyişdirməlidir.
"Unutmayın: daha çox testosteron daha çox əzələ kütləsi deməkdir, daha çox əzələ kütləsi isə daha az yağ deməkdir" , - Şaydullin vurğulayıb.
Aytən Məftun
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?













.jpg)







.jpg)

















