Sağlamlıq
Bağırsaqlardakı qaz ölümcül xəstəliyin əlaməti ola bilər
Bağırsaqlarda qaz meydana gəlməsinin artması bədənin işində əhəmiyyətli pozğunluqlara işarə edə bilər. Xüsusilə, belə bir problem bəzən ciddi mədə-bağırsaq xəstəliklərindən xəbər verir.
Publika.az xəbər verir ki, bu sözləri qastroenteroloq Yekaterina Kaşux “İzvestiya” qəzetinə müsahibəsində izah edib.
O, bildirib ki, meteorizm, qəbizlik və qarın ağrısı kimi digər oxşar bağırsaq xəstəlikləri bədəndə onkoloji proseslərin başladığına işarə edə bilər.
Kaşux qeyd edib ki, meteorizm həm də bağırsaq infeksiyalarının və iltihablı xəstəliklərin əlaməti ola bilər. Bununla belə, qazın artması yaşlı insanlar, eləcə də ikinci və üçüncü trimestrlərdə olan hamilə qadınlar üçün ümumi bir haldır.
"Əgər sizi tez-tez şişkinlik və qazın əmələ gəlməsi narahat edirsə, bir terapevt və ya qastroenteroloqa müraciət etməlisiniz. Həkim şikayətlərinizi və həyat şəraitinizi aydınlaşdıracaq, müayinə keçirəcək və diaqnoz qoymağa kömək edəcək testlər təyin edəcək", - həkim bildirib.
O, həm də bu problemdən əziyyət çəkən insanlara xəmir yeməklərini azaltmağı, mümkünsə onlardan imtina etməyi, çay və qəhvəni azaltmağı, çoxlu isti su içməyi və daim hərəkətdə olmağı tösviyə edib.
Aytən
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil












.jpg)








.jpg)

















