Sağlamlıq
Dişləri ağartmağın yolları

Güləndə dişlərinizin kifayət qədər parlaq görünmədiyindən narahatsınız? Dişlərinizin daha ağ görünməsini istəyirsiniz? O zaman süni, kimyəvi vasitələrdən istifadə etməkdənsə, təbii ağardıcılardan istifadə edin.
Aşağıda dişləri ev şəraitində təbii yollarla ağartmağın rahat üsulları verilib:
Banan qabığı: Banan qabığının iç hissəsi kalium, maqnezium kimi minerallarla olduqca zəngindir. Bu minerallar diş minası tərəfindən udulur və ağardıcı təsir göstərir. Dişlərinizi yuduqdan sonra banan qabığının içini dişlərinizə sürtün və 2 dəqiqə gözləyin. Ardından yaxşıca yaxalayın. Mütəmadi olaraq edildikdə, yaxşı effekt verir.
Aktiv karbon: Son zamanlar aktiv karbon ilə diş ağartmaq çox dəbdədir. Diş həkimləri karbonun diş ağartmaqda inanılmaz təsirli olduğunu bildirirlər. Az miqdarda karbonla suyu qarışdırıb dişləri fırçalasanız, təsirini elə həmin dəqiqə görəcəksiniz. Təbii ki, ağzınızı karbon tamamilə təmizlənənə qədər yaxalamaq lazımdır.
Çiyələk məcunu: Çiyələyin tərkibinə faydalı turşular daxildir. Bu turşu qəhvə, şərab və çay ləkələrini aradan qaldırmaqda möhtəşəm təsir gücünə malikdir. 2 çiyələyi əzin və karbonat ilə qarışdırıb 5-7 dəqiqə dişlərinizi təmizləyin. Hər gün istifadə etməyi təklif edirik.
Alma sirkəsi qarqara: Alma sirkəsinin də dişlərə inanılmaz təsiri göstərdiyi söylənilir. Su ilə sirkəni qarışdırıb qarqara edin.
Oksigenli su və karbonat: Oksigenli su ilə karbonat ən çox təklif olunan diş ağartma üsulları arasındadır. Məcun konsistensiyasına gələnə qədər hər iki maddəni qarışdırın və dişləri təmizləyin. Ancaq bu qarışığı 3-5 gün istifadə etdikdən sonra təkrar istifadə üçün 6 aya yaxın gözləməlisiniz. Əks halda bu iki maddə dişlərə zərər verə bilər.
Süfrə duzu: Soda qədər güclü olmasa da, süfrə duzu da məlum olan diş ağardıcılarından sayılır. Dildəki bəzi mikroorqanizmləri öldürür. Antibakterial xüsusiyyəti olduğu üçün bütün bakteriyaları təmizləyir. Mütəmadi istifadə etdikdə diş ətinin iltihabı ilə yaranmış şişə müsbət təsir edir.
Qliserin: Qliserinin çox gözəl antibakterial təsiri var. Bakteriyaların çox olduğu yerə bir damcı qliserin damızdırdıqda hamısını öldürür. Dişlərinizi ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edin. Dişinizin üzərinə sürtərək, dişlərinizi təmizləyin.
Diş ağartma üsullarından həkimlə məsləhətləşib istifadə edin.
AYTƏN

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır