Xüsusi
Sərhəddəki gərginliyin pərdəarxası: sülh dövrü bitdi? - DETALLAR
Son günlər Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliklər pik həddə çatıb. Ermənistan ordusunun təxribatları silsilə hal alıb. Şuşa yaxınlığında terakt törədən erməni terrorçusunun ardınca, dövlət sərhədində ermənilər ordumuzun postlarını, döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutublar.
Bu gün isə qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Üstəlik, bunlar Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın istefaya göndərildiyi, xələfi, 35 yaşlı tarix müəllimi Suren Papikyanın posta gətirildiyi dövrə təsadüf edir.
Bundan başqa, həftənin ən maraqlı hadisələrindən biri Vaşinqtonla bağlıdır. ABŞ-ın təşkil etdiyi Demokratiya Sammitinə Azərbaycan və Türkiyə dəvət almayıb. Əvəzində isə Ermənistan, İraq, Konqo kimi ölkələrə dəvət göndərilib.
Bütün bunlarla bağlı Publika TV-nin qonağı siyasi şərhçi Teymur Qasımlı ilə söhbətləşdik. T.Qasımlı söylədi ki, sülh dövrü bitməyib:
- Karapetyanın istefaya göndərilməsində onun Xankəndiyə Paşinyandan icazəsiz getməsi amili də rol oynadı.
- Keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada Şoyqu ilə məxfi görüşlər də keçirmişdi.
- ABŞ-ın Demokratiya Sammitinə fikir vermək lazım deyil.
Tural Turan
Foto: Ceyhun Rəhimov
Video: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)