Xüsusi
Azərbaycanın dünya birliyinə inteqrasiyası: Ölkəmiz bu cəbhədə də qalibdir
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir. Dövlətimiz bu siyasəti 90-cı illərin əvvəllərindən - Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də düyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir.
Publika.az-a danışan millət vəkili Elman Nəsirovun sözlərinə görə, Azərbaycan Respublikasının xarici siyasət kursunu 1993-cü ildə Ulu öndər Heydər Əliyev müəyyən edib. Həmin kursa görə, Azərbaycan ilk növbədə müstəqil xarici siyasət həyata keçirib:
“Müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacaran bir siyasət yürüdülüb. Bu siyasət ilk növbədə milli maraqlara söykənib. Paralel olaraq da öz tərəfdaşlarının maraqlarını nəzərə almaqla, əməkdaşlıq mühitinə, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənən siyasət həyata keçirilib. Həmin siyasəti ölkə Prezidenti İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olanda üçtərəfli, dördtərəfli və digər çoxtərəfli əlaqələr formalaşır. Qonşularla münasibətlər ikitərəfli münasibətlər çərçivəsində bizim üçün ən öndədir. İşğalçı Ermənistan dövləti ilə bu münasibətlər indiyədək olmayıb. Gələcəkdə münasibətlərin və əməkdaşlıq münasibətlərinin yaranması isə Ermənistanın davranışından asılıdır.
Qonşularımızla yüksək səviyyəli münasibətlərimizin olması nəticə etibarilə regionda çox mühüm layihələrin reallaşmasına yaşıq işıq yandırıb. Əgər bizim Gürcüstan və Türkiyə ilə yüksək səviyyəli əlaqələrimiz olmasaydı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən söhbət gedə bilməzdi. Bu ölkələrlə yaxşı əlaqələrimiz olmasaydı, bu gün Şərq-Qərb nəqliyyat dəhlizindən danışa bilməzdik. Eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz olmasaydı, İranla qonşuluq münasibətlərinin inkişafına sadiq qalmasaydıq, Şimal-Cənub nəqliyyat dəhlizi işə düşə bilməzdi. Bütün bunlar bir daha təsdiq edir ki, strateji əhəmiyyətli layihələrin reallaşmasında Azərbaycanın uğurlu ikitərəfli münasibətləri, xüsusilə də qonşu ölkələrlə əlaqələri çox mühüm əhəmiyyətə malikdir. Bunlar Azərbaycanın mövqelərini gücləndirib. Həm də iqtisadi müstəqilliyimizi təmin edib ki, bu da siyasi müstəqilliyimizi şərtləndirib və ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir”.
Millət vəkili qeyd edib ki, çoxtərəfli münasibətlər fonunda Azərbaycan bu gün dünyanın əksər beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq kursu həyata keçirir: “Bu kurs qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Dövlətimiz heç zaman başqalarının daxili işlərimizə qarışmasına imkan verməyib. Bunu da qarşı tərəflərdən tələb edir ki, bu da beynəlxalq hüququn çox mühüm prinsiplərindən biridir. Bu gün Azərbaycanın qeyd etdiyim istiqamətdə apardığı xarici siyasət kursu nəticəsində beynəlxalq mövqeləri də güclənir. Eyni zamanda həmin siyasət nəticəsində ölkəmizin hərbi gücü kifayət qədər artıb. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz xalqımızın dəstəyi ilə tarixi qələbəyə imza atıb. Bu zəfər Azərbaycan xalqının ləyaqətini, qürurunu özünə qaytarıb, xəcalət təri bizim alnımızdan silinib. Biz bu gün o qələbənin təntənəsini yaşayırıq və yeni hədəflər müəyyən etmişik. İşğaldan azad olunan ərazilərimizin yenidən qurulması və bərpası ilə bağlı siyasət reallaşmaqdadır. Ötən il bu məqsədlə 2,2 milyard manat vəsait ayrılmışdı, 2022-ci ilin dövlət büdcəsində də eyni miqdarda vəsait ayrılıb və biz bu gün dost ölkələrlə, tərəfdaşlarımızla Qarabağın bərpası və yenidən qurulması siyasətini həyata keçiririk. Azərbaycan dünya birliyinə inteqrasiya ilə bağlı yürütdüyü siyasətin sayəsində hərbi gücünü daha da artırır. 2022-ci ilin müdafiə və təhlükəsizlik xərcləri 4,5 milyard manatdır, yəni təqribən 2,7 dollardır. Müqayisə üçün bildirək ki, Ermənistanın müvafiq il üçün müdafiə büdcəsi 725 milyon dollardır”.
Deputat bildirib ki, Azərbaycanın bu sahədə hədəfləri böyükdür. Bu kontekstdə ölkəmiz pandemiya dövründə də öz gücünü və potensialını ortaya qoyub: “Dövlətimiz milli, regional və beynəlxalq səviyyədə bu bəla ilə mübarizədə öz töhfəsini verdi. Azərbaycan 2 müharibədən - Vətən müharibəsindən və COVID-19 müharibəsindən qələbə ilə çıxıb”.
Elman Nəsirov hesab edir ki, Azərbaycanın yürütdüyü siyasətin fəlsəfəsini sülhə və beynəlxalq təhlükəsizliyə töhfə vermək prinsipi təşkil edir: “Azərbaycan Ermənistan üzərində tarixi qələbəyə imza atmasına baxmayaraq, məğlub etdiyi dövlətə əməkdaşlıq əlini uzadır. Onunla iqtisadi, nəqliyyat əlaqələrinin, kommunikasiya xətlərinin bərpasını, Zəngəzur dəhlizinin işə salınmasını, sərhədlərin demarkasiyası və delimitasiyasını istəyir. Azərbaycan elə bir siyasət həyata keçirir ki, regionda hər şey kökündən dəyişsin, əbədi düşmən olmaq olmaz. Düşmənçilik mühitinin yaranmasının səbəbkarı Ermənistan idi. Onların torpaqlarımıza, əhalimizə, tariximizə, mədəniyyətimizə qarşı yürütdüyü barbar siyasəti unutmadan, yaddaşımıza həkk edərək onlara qarşılıqlı əməkdaşlıq əlini uzatmışıq. Əməkdaşlıq yeganə yoldur, həm də alternativ müharibədir. Güman edirik ki, Ermənistan özündə güc tapıb bu yolu seçəcək”.
Millət vəkili Razi Nurullayevə görə, Azərbaycan hələ də dünya birliyinə inteqrasiya etməkdədir: “Azərbaycan 30 illik ikinci müstəqillik tarixi olan bir ölkədir. 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin dünyada çəkisi daha da artdı. Azərbaycanın hərbi gücü ilə bağlı çox ciddi informasiyalar yayıldı və bunun sübutu olaraq da Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı azad etdi. Bundan sonra isə regionda yeni geosiyasi reallıq yarada bildi. Əlavə olaraq, Azərbaycan artıq həm də regionda söz sahibinə çevrilir. Qonşu ölkələr də bunu qeyd edirlər. Məsələn, İranın xarici işlər naziri ilə Türkiyənin xarici işlər naziri arasında olan danışıqlarda İran XİN rəhbəri qeyd etmişdi ki, bölgədə iki güc var - İran və Türkiyə. Bu sözün bu şəkildə deyilməsinin də fəlsəfi bir anlamı var idi. İran burada üstüörtülü bildirir ki, özünüzü hələ ki, bura daxil etməyin, biz iki güc olaraq qalmaq istəyirik. Bu tərzdə ifadə olunursa, deməli, ortada Azərbaycanın da gücü görünür. Bu baxımdan hesab edirəm ki, dövlətimiz öz sözünü başqa tərzdə deyə bilir”.
R.Nurullayev vurğulayıb ki, Azərbaycan əvvəllər özünün daxili problemlərini daha çox beynəlxalq platformalarda səsləndirirdisə, bu gün ölkəmiz mötəbər müstəvilərdə qlobal problemləri səsləndirir: “Hətta bunları qəbul etdirə, adından bəhs etdirə bilir, bununla bağlı gündəm yaradır. Məsələn, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə Prezident İlham Əliyev tərəfindən BMT-nin xüsusi sessiyasi çağırıldı, daha sonra Qoşulmama Hərəkatının toplantısı oldu. Burada da COVID-19-la bağlı, vaksinasiyanın aparılması, peyvəndlərin bərabər paylanmaması ilə bağlı ciddi iradlar bildirildi. Bundan sonra bütün dünyada bununla əlaqədar danışıqlar getdi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu gün Türkiyə ilə bərabər beynəlxalq aləmə mesaj verir ki, dünya beşdən ibarət deyil: “Dünya daha böyükdür və onun üzərində yeni məsələlər öz həllini tapmalıdır. Bizim kimi ölkələr də öz yerini orada rahat şəkildə müəyyənləşdirməlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın nüfuzu gündən-günə daha da artır. Həmçinin bu, dövlətimizin gələcəkdə müxtəlif platformalarda həm öz sözünü deməsi ilə nəticələnəcək, həm də bundan sonra Azərbaycan dünyada tanınan ölkə kimi sərmayələr, turistlər cəlb edə bilər. Beləliklə, Azərbaycan bu şəkildə dünya ölkələrinə yaxşı çıxış əldə edə biləcək”.
Akqabay Mıradov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO