At çapmağı, bir də ip üzərində tryukları çox sevirəm: Kaskadyor Aliya İskakova - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

At çapmağı, bir də ip üzərində tryukları çox sevirəm: Kaskadyor Aliya İskakova - MÜSAHİBƏ

Kaskadyor kimdir, - soruşsalar, aktyorların görünməyən cəsur siması deyərəm. Təhlükəli olduğu qədər də maraqlı peşənin güclü, istedadlı qadın peşəkarlardan biri də Qazaxıstanın tanınmış kaskadyoru, Netflix platformasının bir çox layihələrində yer alan Aliya İskakovadır.

Publika.az Aliya İskakova ilə müsahibəni təqdim edir.

- Aliya xanım, istənilən peşənin başlanğıc nöqtəsi var. Kaskadyorluqda necə?

- Hekayənizin axışı necə olur-olsun, bütün kaskadyorların karyerasının bir bünövrəsi var. O da idmandır. Birmənalı şəkildə kaskadyor olmaq istəyirsənsə, idmanla məşğul olmalısan. Motivasiya və gələcəyə daha inamlı addımlamaq üçün isə səninlə eyni düşünən həmfikirlərin olmalıdır. Məhz bu halda daha çox uğur qazana və həyatını şən yaşaya bilərsən.

- Yəqin bu işin əvvəlində müəlliminiz, ustadınız olub...

- Dünyanın hər nöqtəsində istedadlı peşəkarlar var. Adlarını çəksəm, siyahı müsahibəyə sığmaz. Amma bir qadın kaskadyor var ki, mən ona pərəstiş edirəm. Adı Heidi Moneymakerdir.

- Maraqlı təxəllüsü var.

- (gülür) Bu, onun təxəllüsü deyil, soyadıdır.

src="/storage/files/upload/ff1ced6fefd43d2740f8e4160f418adc91e7181d.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Bəs kaskadyorların hansı fəaliyyət növü sizə daha doğmadır.

- Təbii ki, atçılıq... Atla çəkildiyin səhnələrdə sən tək özünə cavabdeh deyilsən. Hazırlığa da, çəkilişə də çox vaxtın gedir, amma nəticəsini görəndə, ikiqat xoşbəxt olursan. Bir də ip üzərində tryukları çox sevirəm.

- Kaskadyor karyerasında necə yüksəlir?

- İnanın ki, çox fərqli. Bəzən illərlə fasiləsiz, istirahətsiz çalışırsan, ardınca isə uzun müddət işsiz qala biərsən. Kasikadyor işi daimi deyil və sən buna hazır olmalısan.

src="/storage/files/upload/085d40c27ea0c12d221ddf37bb404f28bc23d643.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Bəs sonra kaskadyorun taleyi necə olur?

-60-70 yaşlı kaskadyorlar tanıyıram ki, hələ də işlərinin başındadır. Qət edəcəyin məsafə yalnız özündən asılıdır. Məşqçi ola bilərsən, tryukların quruluşçusu, koordinatoru kimi işinə davam edərsən. Hətta ekşn-operator kimi də çalışa bilərsən. Bunlar sənin istəyinə və enerjinə bağlı seçimlərdir. Şəxsən mən hələlik kaskadyorluqdan zövq alıram. Gələcəkdə necə olacaq, bunu həyat göstərər.

- Ümumiyyətlə, sizin işinizdə risk qaçılmazdır...

-Əlbəttə, tryukların quruluşçuları əllərindən gələn hər şeyi etməyə çalışırlar ki, işimizi maksimum təhlükəsiz etsinlər. Bədəndə minimum qızartılar, göyərmələr, cızıqlar zərbələr ola bilər. Amma hərdən də çox ciddi yaralarımız olur.


src="/storage/files/upload/3e30421883d03c71d707bddd5b4b505cdedd32fd.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Ən çox hansı layihəniz yadınızda qalıb?

- Belə bir layihəni yenicə bitirdik. Netfliks platformasında “Kölgə və sümük” (Shadow and Bone) möhtəşəm serialın ikinci mövsümündə çalışmaq şansı əldə etdim. Budapeştdə davam edən çəkilişlərə dünyanın müxtəlif ölkələrindən həmkarlarım cəlb olunmuşdu. Əslində işimizin ən maraqlı, gözəl tərəfi də budur. Dünyanın dörd tərəfinə səyahət edib, həm pul qazanmaq, həm də maraqlı insanlarla tanış olmaq.

- Cinsi ayrıseçkiliklə qarşılaşmısınız? Ümumiyyətlə, bu məsələdə özünüzə qarşı sərt münasibət görmüsünüz?

- Əsla! Bizim peşəmizdə cinsi ayrıseçkilik yoxdur. İşimiz qarşılıqlı inam, anlayış və hörmət üzərində qurulub. Bu, çox vacibdir, çünki bir-birimizə inanmasaq, tryuklarımızı yerinə yetirə bilmərik, çəkilişlərimiz kimi film də uğursuz alınar.

Leyla Sarabi


Oxumağa davam et
Reklam
Reklam

Gündəm