Xüsusi
Yağış belə anım günündə ifasına əngəl ola bilmədi - Cavid Səlimovla MÜSAHİBƏ
Bu günlərdə şəhidlərimizin xatirəsini anmaq məqsədilə Niderlandın Haaqa şəhərində açıq hava tədbiri təşkil olundu. Tədbir zamanı yağış yağmağına baxmayaraq, həmyerlimiz tarzən Cavid Səlimov tarda həzin ifasına davam etdi.
Publika.az Niderlandda yaşayıb fəaliyyət göstərən tarzən, mühəndis Cavid Səlimovla müsahibəni təqdim edir.
-Cavid bəy, neçə ildir Niderlandda yaşayırsınız?
-Zərdabda doğulub Bakıda böyümüşəm. Fikrət Əmirov adına musiqi məktəbini bitirmişəm. 2011-ci ildə ailəmlə birgə Niderlanda köçdük.
-Peşəkar fəaliyyətiniz musiqi sahəsi üzrədir?
-Mühəndislik sahəsinə həvəsim olduğu üçün elə bu peşəyə yiyələndim. 8 il müddətində təhsil aldım. Artıq 3 ildir ki, ixtisasım üzrə çalışıram. Amma musiqi mənim ayrılmaz parçamdır. Tarda ifam olmasa, özümü yarımçıq hiss edərəm.
-Amma tədbirlərdə tarzən kimi fəal iştirak edirsiniz.
-Niderlandda keçirdiyimiz tədbirlərin sayı çoxdur. Elə bu il Haaqanın mərkəzinə toplaşıb Xocalının anım gününü qeyd etdik. Həzin musiqilər ifa edirdim. Ötən il tanınmış xanəndəmiz Güllü Muradova ilə qələbə konsertimiz baş tutdu. Sadalasam, gərək siyahı uzansın. Bu il də Haaqada tarixi Zəfərimizə konsert proqramı həsr edəcəyik.
-Avropa tamaşaçısı ifalarınızı necə qəbul edir?
-Onlar digər xalqların folkloruna da, musiqisinə də dərin maraq göstərirlər. Xüsusən də tarımızı sevirlər. Çünki tanımadıqları, görmədikləri alətdir. Səsini eşitmək, ahəngini dinləmək istəyirlər. Tarda ifalarıma həvəslə qulaq asırlar. Əslində klassik musiqi ilə də məşğul olmuşam. Amma hiss edirəm ki, avropalılar etno ifa dinləmək istəyirlər. Ümumiyyətlə Avropa insanı yenilik, fərqlilik tərəfdarıdır.
-Həm musiqi, həm də peşə fəaliyyətini paralel yürütmək asan deyil.
-Çalışıram ki, mədəniyyətimizi imkanım daxilində təbliğ edim. Ukraynalı musiqiçi ilə sintez ifa hazırlaşmışdıq. Bu yaxınlarda isə niderlandlı gitara ifaçısı ilə gözəl konsert ərsəyə gətirdik. Türk qardaşlarımızla da tez-tez ortaq ifalar hazırlayırıq.
-Yeni cəmiyyətə, fərqli mədəniyyətə adaptə olmaq çətin olmadı?
-Əvvəllər çətin olur. Bu da düşünürəm ki, təbiidir. Çünki yeni bir cəmiyyətə, ölkəyə uyğunlaşmaq, onların mədəniyyətinə, məişətinə nüfuz etmək asan deyil. Amma əhali gülərüzlü, mehribandırsa, sən də rahat ünsiyyət qura bilirsən. Burada təhsil alıb həyatımı qurmuşam. Mühəndis kimi çalışıram. Eyni zamanda ölkəmə də tez-tez gedib gəlirəm. Yəni, özümü hər iki cəmiyyətə aid hiss edirəm.
- Yaşadığınız ölkənin mədəniyyəti, musiqisi sizə nə qazandırıb?
-Niderlandın özünəxas folklor nümunələri, xalq musiqisi yoxdur. Ümumi Avropa musiqisi, mədəniyyətidir. Səmimi deyim ki, məncə, Azərbaycan musiqisi mənim üçün dünyada ən gözəli, ən zənginidir.
Leyla Sarabi
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var


























.jpg)



.jpg)









