Türkiyədə süni zəlzələ törədilib? - Bu ölkənin əli var... - ŞOK İDDİA
Bizi izləyin

Xüsusi

Türkiyədə süni zəlzələ törədilib? - Bu ölkənin əli var... - ŞOK İDDİA

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin cənub-şərqində 7.7 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 912 nəfərə çatıb, 5385 nəfər yaralanıb, 2818 bina dağılıb.

Publika.az xəbər verir ki, dəhşətli zəlzələ cəmiyyətdə müzakirə olunur, təkanlarla bağlı ilginc iddialar səslənməyə başlayıb.

Bunlardan birincisi zəlzələnin süni şəkildə yaradılması ilə bağlıdır. Sosial şəbəkələrin Türkiyə seqmentində insanlar zəlzələnin baş verməsi ilə bağlı qeyri-adi paylaşımlar ediblər. Onlardan bir neçəsini təqdim edirik:

“Qorxulu səslər eşitdik. Bu nə səs idi.. Sanki binaya nəsə çarpdı”

“Sanki səs bombası idi. Uğultunu eşitdim”

“Zəlzələdirmi... Dedim bu nə səs-küydür”

“Bir gurultu eşitdim. Zəlzələ imiş”...

Bəzi şəxslər iddia edirlər ki, bu zəlzələ sünidir və Türkiyəni istəməyən qüvvələr tərəfindən törədilib.

Bəs bu iddiaların doğruluq payı varmı? Ümumiyyətlə, süni zəlzələ yaratmaq nə qədər mümkündür?

Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli Publika.az-a bildirib ki, süni zəlzələlər yaratmaq mümkün deyil.

Onun sözlərinə görə, zəlzələ ocağı olmasa, süni zəlzələ yaratmaq da olmaz.

“Atom bombası partladıldıqda titrəyiş baş verir və dağıntılara səbəb olur. Ancaq bunu zəlzələ hesab etmək doğru deyil. Sovet dövründə atom bombalarını sınaqdan keçirirdilər. Həmin dövrdə seysmoloqlar vasistəsilə öyrənirdilər ki, harada, hansı ölçüdə atom silahı sınaqdan keçirilib. Bunun üçün xüsusi seysmik stansiyalar var. Atom bombası partladıldıqda ondan böyük enerji ayrılır ki, o da silkələnməyə səbəb olur. Atom bombalarının titrəyişlərini təbii zəlzələdən ayırmaq üsullarını seysmoloqlar bilirlər”.

T.Məmmədli bildirdi ki, süni zəlzələni asanlıqla təbiidən fərqləndirmək mümkündür.

“Türkiyədə baş verən zəlzələ həddindən artıq böyük fəlakətdir. Bu, süni deyil, təbii zəlzələdir. Bunu seysmoloqlar asanlıqla ayırd edirlər. Zəlzələ ocağının ölçüsü təxminən 100 kilometrə yaxındır. Maqnituda nə qədər böyük olarsa, zəlzələ bölgəsinin miqyası da genişlənir. Süni zəlzələ yaratsalar belə, bu qədər böyük ölçüdə etmək mümkün deyil. Çünki atom bombasının əmələ gətirdiyi titrəyiş bundan çox kiçikdir. Sosial şəbəkələrdə qeyd edilən iddialar yanlışdır. Bunu ayırd etmək üçün seysmoloqların xüsusi metodu var. Hesab edirəm ki, bu əsassız iddianı səsləndirənlərin seysmologiyadan xəbərləri yoxdur”, - alim qeyd edib.

Türkiyəli mütəxəssislər də bu iddialarla bağlı fikir söyləyiblər.

Professor Övgün Əhməd Ərcan sözügedən iddialarla bağlı bunları deyib: “Bu, həyatımda eşitdiyim ən gülməli şeydir. Belə bir şey ola bilməz. Onların dediklərinin heç bir elmi izahı yoxdur”.

“HAARP Silahı və NiKola Tesla” kitabının müəllifi olan tədqiqatçı-yazar Kürşad Berkkan aktiv qırılma xətləri olmayan və miqyasına görə xəritəsi çəkilməyən ərazilərdə qısa qırılma xətlərinin tapıla biləcəyinə diqqət çəkib:

“Bu, təbii zəlzələdir. Ancaq bunun HAARP texnologiyasının istifadə edilib-edilməyədiyi anlamına da gəlmir. ABŞ əvvəllər “USS Providence” sualtı qayığı ilə MHD generatorundan istifadə edərək nasazlıqlara müdaxilə edib. MHD generatoru ilə plazma vəziyyətində olan qazlar keçiricilər vasitəsilə elektromaqnit dalğalarına çevrilir, silah kimi hədəfə çatır və məhvə səbəb olur. Hər bir tədqiqatçının asanlıqla əldə edə biləcəyi onlarla rəsmi sənəd də var. Ona görə də “sui-qəsd nəzəriyyəsi” demək əvəzinə bu iddiaları konsulluqların bağlanması, Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Henry Barkeyin “Seçkilərə hərbi müdaxilə düşünülməlidir” ritorikası, ABŞ-ın Egeydə yan almış döyüş gəmisinin varlığı da nəzərə alınmaqla daha geniş aspektdən qiymətləndirilməlidir. Beləliklə, düşünürəm ki, HAARP-ı İstanbulda böyük bir zəlzələyə səbəb olacaq və belə demək mümkünsə, Türkiyəni qapadacaq bir zamanda işə salacaqlarını düşünürəm. Ancaq bunu Kağıthane bölgəsinə etmək mənasız olardı. Bu səbəbdən zəlzələnin qısa qırılma xətlərinin sıxılması ilə bağlı olduğunu düşünürəm”.

Professor Okan Tüysüz zəlzələ baş verən ərazinin seysmik zonada yerləşmədiyini deyib: “Bu zəlzələ partlayışla da bağlı ola bilər...”.

Zəlzələ HAARP Layihəsi ilə bağlı sui-qəsd nəzəriyyələri yenidən gündəmə gətirib. Professorun bu açıqlamasını sosial mediada paylaşan şəxslər zəlzələnin Boğaziçidə lövbər salan ABŞ hərbi gəmisinin HAARP texnologiyası ilə baş verdiyini iddia ediblər. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Arleigh Burke” sinfinə aid döyüş gəmisi “USS Nitze” fevralın 3-də Dolmabahçe yaxınlığında lövbər salıb.

Qeyd: HAARP layihəsi ilk dəfə serb əsilli ABŞ alimi Nikola Tesla tərəfindən başlanğıc səviyyəsində yaradılıb.

HAARP nədir?

HAARP – “High Frequency Active Solar Research Program” (Yüksək Tezlikli Aktiv Günəş Tədqiqat Proqramı). Bu, ABŞ-ın Alyaska əyalətində yerləşən elmi layihədir.

Layihənin təsiri nələrdir?

Rəsmilərin sözlərinə görə, bunun havada raketləri məhv etmək, yerin altında zondlar aparmaq, sualtı qayıqlarla əlaqəni asanlaşdırmaq və geniş ərazidə bütün rabitəni kəsmək kimi müxtəlif məqsədləri var. Amerikanın ən məşhur geofiziklərindən birinin fikrincə, bu texnologiya iqlimi dəyişmək, ozon təbəqəsini manipulyasiya etmək, zəlzələlər yaratmaq, partlayışları törətmək üçün dəhşətli gücə malikdir. Layihə hazırda Pentaqonun nəzarətindədir və ABŞ ordusunun xidmətindədir. Layihənin qurulduğu Alyaskada 180 nəhəng antenanın olduğu iddia edilir. Hər hansı bir təyyarənin HAARP quraşdırıldığı əraziyə yaxınlaşması qadağandır. Hər hansı bir təyyarə yaxınlaşdıqda quraşdırılmış antenalar avtomatik olaraq fəaliyyətini dayandırır.

Nəzəriyyələrə görə, HAARP layihəsi süni zəlzələlər yaratmaq, müəyyən bölgədə rabitəni kəsmək, elektron cihazların işini dayandırmaq, kiçik hissələrə bölünərək böyük zəlzələnin qarşısını almaq və iqlim şəraitinə müdaxilə etmək kimi əməliyyatlar üçün də istifadə edilir.

Eyni nəzəriyyələrə görə, Türkiyədə 17 avqust 1999-cu ildə baş verən Kocaeli/Gölcük zəlzələsində HAARP-dan istifadə edildiyi iddia edilir.

Həmçinin, qeyd edilir ki, Çanaqqala zəlzələsi də süni olaraq yaradılıb. 2017-ci ilin fevralında Ankara bələdiyyəsinin sabiq rəhbəri Melih Gökçək bildirib ki, Türkiyədə baş verən son zəlzələlər süni şəkildə yaradılıb: “Çanaqqalada ciddi zəlzələ oldu. Araşdırdım. Onun yaxınlığında seysmik araşdırmalar aparan gəmi var. Bu gəminin nə araşdırdığı və hansı ölkəyə aid olması ciddi şəkildə müəyyən edilməlidir. Kimin nə deməyindən asılı olmayaraq bu zəlzələnin süni olaraq yaradıldığına inanıram. Mütləq araşdırılıb, ictimaiyyətə təqdim edilməlidir. Əsas istək odur ki, İstanbul yaxınlığında zəlzələ törətməklə Türkiyəni iqtisadi çöküşə məcbur etsinlər. İstanbul, Mərmərə və Çanaqqaladakı bütün gəmilər nəzarət altında saxlanılmalıdır”.

2011-ci ildə Yaponiyada baş verən zəlzələnin də süni olduğu bildirilirdi. Bu iddia ilə çinli ekspertlər çıxış ediblər. Onların fikrincə, zəlzələ okeanın dibində aparılan məxfi atom silahının partladılması nəticəsində yaranıb. Buna sübut kimi zəlzələdən sonra okeanda yaranan nəhəng su burulğanı göstərilir. Bu burulğanı dünyanın bir çox telekanalları göstərib və onu İnternetdən də izləmək mümkündür. Burulğanın partlayışdan sonra okeanın dibində yaranan nəhəng dəlik səbəbindən meydana çıxdığı qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, bəzi ölkələrdə süni zəlzələ törətmək üçün tektonik silahların olduğu bildirilsə də, bu silahlardan istifadə o qədər də asan məsələ deyil. Ən güclü dövlətlər belə süni zəlzələ yaratmağa qadir tektonik silahlara malik olduqlarını bəyan etmirlər.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm