ABŞ
BMT-dən ABŞ-a SƏRT XƏBƏRDARLIQ: "Ədalətsiz və zərərlidir"
Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi İdris Jazairi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ədalətsiz olduğunu və bunun günahsız insanlara əziyyət verdiyini dilə gətirərək Amerikanı geri çəkilməyə çağırıb.
Publika.az xəbər verir ki, məruzəçinin sözlərinə görə, ABŞ iqtisadi müharibəyə də hər dəfə olduğu kimi təktərəfli və ədalətsiz şəkildə başlamaq istəyir: "ABŞ-ın İrana qarşı sanksiyalarının "ədalətsiz" və "zərərli" olduğunu bildirirəm. Bu ölkəyə qarşı ümumi bir iqtisadi müharibə başladılmasına heç bir zərurət yoxdur. Bu qarşı tərəfin İnsan Haqlarının kobud şəkildə pozulmasına, onların yaşayış səviyyəsinin kifayət qədər aşağı düşməsinə və günahsız insanların əziyyət çəkməsinə gətirib çıxaracaq. Sanksiyaların daha ədalətli, daha tutarlı və qanun çərçibvəsində təyin edilməsi gərəklidir".
BMT Təhlükəsizlik Şurasında ABŞ-ın da dəstəyi ilə qəbul edilən
İran nüvə müqaviləsindən yenə ABŞ-ın tək tərəfli çəkildiyini
xatırladan məruzəçisi İdris Jazairi bunun da qeyri-qanuni hərəkət
olduğunu vurğulayıb: "BMT hüququna görə, sanksiyaların "bütün
milləti hədəf almayacaq şəkildə", qanunlardan kənara çıxmamaq
şərtilə BMT-nin Təhlükəsizlik Şurasının digər daimi üzvlərinin
dəstəyi ilə qəbul edilməsi zəruridir. İrana qarşı ABŞ sanksiyaları
isə "ədalətsiz" və "zərərli" olduğundan buna ehtiyac yoxdur.
Beynəlxalq səviyyədə tətbiq edilən sanksiyalar hüquqi normalara
cavab vermir. Sanksiyaların əsası olmalı, mütənasib olmalı və adi
vətəndaşların insan hüquqlarına zərər verməməlidir, lakin ABŞ-ın
İrana sanksiya tətbiqi haqqında qərarında bu meyarların heç biri öz
əksini tapmayıb. Bu ədalətsiz və zərərli sanksiyalar İran
iqtisadiyyatını və pul vahidini sıradan çıxarır. Milyonlarla insanı
kasıblığa sürükləyir və idxal məhsullarını bahalaşdırır".
Məruzəçi Jazairi Avropa İttifaqının (Aİ) ABŞ sanksiyalarına qarşı
İranın yanında yer almasının sevindirici hal olduğunu da xüsusilə
bildirib.
Könül
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq