Avropa
Orban Ukraynada sülh üçün ŞƏRTLƏRİ AÇIQLADI
"Ukraynadakı vəziyyət o zaman həll oluna bilər ki, Kiyev və Qərb ölkələri ölkənin NATO- ya daxil olmaq planlarından əl çəksinlər, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hərtərəfli saziş bağlasınlar".
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Biz başa düşməliyik ki, sülh yalnız o zaman gələcək ki, həm amerikalılar, həm avropalılar, həm də ukraynalılar belə bir həqiqəti qəbul etsinlər: ruslar heç vaxt NATO-nun Ukraynada - Rusiyanın qərb sərhədində yerləşməsinə icazə verməyəcəklər", -Orban deyib.
Onun sözlərinə görə, Kiyevin ABŞ-ın əvvəlki administrasiyası və bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənən Şimali Atlantika Alyansına qoşulmaq istəyi münaqişənin əsas səbəbi olub.
Orban vurğulayıb ki, Ukraynada sülhə yalnız Putin və Trampın görüşü ilə nail olmaq olar, bu görüşdə tərəflər beynəlxalq təhlükəsizliyin əsas məsələləri üzrə razılıq əldə edəcəklər.
Eyni zamanda, o qeyd edib ki, Brüsselin hazırkı mövqeyi nizamlanmaya kömək etmir, çünki Macarıstan və ola bilsin ki, Slovakiya istisna olmaqla, demək olar ki, bütün Avropa İttifaqı faktiki olaraq münaqişədə - birbaşa olmasa da, tərəflərdən birinə dəstək vasitəsilə iştirak edir.
Orban əlavə edib ki, Macarıstan Ukrayna münaqişəsinə qarışmaq niyyətində deyil.
Hüseyn İbadlı
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi


















.jpg)



















