Avropa
Almaniyada vətəndaşlıq müavinətinin həcmi rekord həddə çatdı
Almaniyada vətəndaşlıq müavinətinin (Bürgergeld) həcmi ötən il rekord məbləğə - 46,9 milyard avroya çatıb. Bu, 2023-cü illə müqayisədə təxminən 4 milyard avro çoxdur.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Əmək və Sosial Məsələlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) partiyasının sorğusuna cavabında qeyd olunub.
Həmin məbləğ ümumilikdə 5,5 milyon nəfərə ödənilib. Onlardan təxminən 4 milyonu əmək qabiliyyətli olub. Ümumi məbləğin alman vətəndaşlarına ödənilən hissəsi 24,7 milyard avro (52,6 faizi), alman pasportu olmayan şəxslərə isə 22,2 milyard avro (47,4 faizi) olub.
Xarici vətəndaşlar arasında 2022-ci ildən bəri Rusiyanın hücumu nəticəsində Almaniyaya gələn yüz minlərlə ukraynalı var. 2024-cü ildə onlara 6,3 milyard avro vəsait ayrılıb. Əsas səkkiz sığınacaq ölkəsindən olan şəxslərə isə ümumilikdə 7,4 milyard avro ödənilib.
Qeyd edək ki, AfD vətəndaşlıq müavinətinin həcminin getdikcə artmasından narazılığını ifadə edərək, əcnəbi vətəndaşlara bu müavinətin verilməsinin qadağan olunmasını tələb edir.
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi


















.jpg)



















