Avropa
Fransa həbsxanalarında dözülməz vəziyyət yarandı
Fransa həbsxanalarında həddindən artıq sıxlıq müşahidə olunur. Ən ağır vəziyyət isə müvəqqəti saxlanma müəssisələrindədir. Bu müəssisələrdə sıxlıq səviyyəsi 167 faiz təşkil edir.
Publika.az xəbər verir ki, bu ölkənin Ədliyyə Nazirliyinin statistikasına əsasən, son bir ildə həbsxanalarda məhbusların sayı 6442 nəfər artıb. Bundan başqa, bir sıra həbsxanaların binaları qəzalı vəziyyətdədir. Bu kimi hallar isə məhbuslar, eləcə də dustaqlarla penitensiar personal arasında gərginlik yaradır, zorakılıq hallarının artmasına səbəb olur.
Fransa həbsxanalarındakı vəziyyət ölkənin parlament üzvləri, Azadlıqdan Məhrumetmə Yerlərinin Ümumi Nəzarətçisi və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən dəfələrlə tənqid edilib. AİHM 2020-ci ildə Fransanı insan hüquqlarını pozduğuna görə qınayıb. Avropa Şurasının ötən ay dərc etdiyi hesabata əsasən, Fransa Avropada məhbusların sayının ən çox artdığı ölkələr sırasındadır. Hazırkı göstəricilər Fransa həbsxana sisteminin iflas həddində olduğunu göstərir.
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
































.jpg)



