Avropa
Zelenski Rusiya ilə "hava barışığı" ideyasına CAVAB VERDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün hava atəşkəsi haqda danışıb.
Publika.az xəbər verir ki, videomüraciət onun "Telegram" kanalında yayımlanıb.
Avqustun 5-də "Bloomberg" agentliyi mənbəyə istinadla xəbər verib ki, Rusiya tərəfi Ukrayna ilə qarşılıqlı hava atəşkəsi bağlamaq imkanını nəzərdən keçirir.
Zelenski bu ideyanı tənqid edib. Tam və dərhal atəşkəsin tərəfdarı olduğunu təkrarlayıb.
O əlavə edib ki, Kiyev bir çox müxtəlif atəşkəs formatlarını sınayıb, “səmada sükut” və enerji obyektlərinə zərbələri dayandırmaq variantlarını təklif edib.
"Bütün bunlar ruslar tərəfindən pozulub", - Zelenski deyib.
Ukrayna Prezidenti ABŞ lideri Donald Trampla telefon danışığından da danışıb. Zelenskinin sözlərinə görə, Amerika lideri “çox yaxşı məlumatlıdır, Rusiyanın zərbələri haqqında bilir, cəbhədəki vəziyyəti bilir”.
İyulun 14-də Tramp Ukraynadakı münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına 100% ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib. Amerika lideri əvvəlcə Rusiyaya atəşi dayandırmaq üçün 50 gün vaxt versə də, iyulun 28-də bu müddəti 10-12 günə qədər qısaldıb. Onun müddəti avqustun 8-də başa çatır . Çərşənbə günü, avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya rəhbərliyi ilə görüşmək üçün Moskvaya gələcək.
Hüseyn İbadlı
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi


















.jpg)



















