Bilgi.az
Qadını yaşlı göstərən makiyaj xətaları - FOTOLAR
Bir neçə makiyaj hiyləsi sayəsində illərin üzünüzdə qoyduğu izləri silə bilərsiniz. Publika.az-ın tabloid bölməsi qadını yaşlı göstərən makiyaj xətalarını təqdim edir:
Tonal krem
Ən çox təkrarlanan makiyaj səhvi tonal kremlə bağlıdır. Tonal krem üz qüsurlarını örtmək üçün təklif olunsa da, ondan düzgün istifadə edilmədikdə dərinin "düşməni" olur. Üzünüzdəki bütün ləkələri bağlamaq ümidiylə tonal kremi qat-qat sürtmək onların daha çox aydın görünməsinə səbəb olur. Üzünüzün daha gənc görünməsi üçün BB kremləri, yüngül maye şəklində tonal, ya da rəngli nəmləndiricilər çəkin. Onlar yaz aylarında dərinin əsl xilasedicisi ola bilər.
Nazik qaşlar
Qaşlar üz ifadəsinə təsir edən və üzü tamamilə dəyişə biləcək gücə malikdir. Üzü olduğundan daha yaşlı göstərən digər səhv çox nazildilmiş qaşlardır. Qaşları azca yuxarıya doğru qalxmış formada aldırsanız, üz daha gənc görünəcək. Qaşdakı boşluqları qələmin köməyi ilə doldurun.
Gözaltı torbalar
Qırışlar, gözaltı torbalar xanımları narahat edən dəri problemləridir. Gənc görünmək üçün göz ətrafı qırışların gizlənməsinə kömək etməlisiniz. Göz ətrafı qırışları qalın tonal krem təbəqəsi ilə örtməyə çalışanda onlar əskinə, daha aydın bilinir. Dəriyə parıltı verən korrektor və ya kirşanla qırışlar olan hissələrə parıltı verin. Korrektor göz ətrafı dərinin rəngindən 2 ton açıq olmalıdır.
Mötərizə qırışlar
Dodaqların kənarları yaş irəlilədikcə aşağıya doğru sallanmağa meyllidir. Bu görüntünü azaltmaq üçün alt dodağın son hissələrinə parıltılı təsiri verən korrektor çəkin.
Burnun kənarından dodaqların yanlarına doğru enən mötərizə şəklindəki qırışıqları dəri rəngindən bir ton açıq rəng korrektor ilə gizləyin.
Çənəyə tutqun bronzlaşdırıcı və ya tonal kremi incə təbəqə şəklində çəkin. Bunun sayəsində çənədəki qırışların vizual olaraq görünməməsinə nail ola bilərsiniz.
Çox pudra istifadə etməyin
Üzünə çox pudra çəkən qadın klouna bənzəyir. Xüsusilə yağlı dəriniz varsa, mat görünüş üçün pudranı davamlı təzələmək istəyəcəksiniz. Lakin çox mat dəri solğun görünür. Üz cizgilərini qabardır, xətlərin diqqətə çarpmasına səbəb olur. Üzünüzə pudra çəkməzdən əvvəl fırçadakı artıqları silkələməyi unutmayın.
Tünd dodaqlar
Tünd rəngli pomadalar dodaqları qurudur və dodaqdakı xətləri pis göstərir. Əgər yaşınızı gizlətmək istəyirsinizsə, bu pomadalardan uzaq dayanmalısınız.
Üz qüsurlarını makiyajla gizlətməyin yollarını izah edən fotoları təqdim edirik:
AYTƏN
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi






.jpg)





























.jpg)


