Köşə
Bakı metrosundakı müqəddəs Məryəm...
Leyla Sarabi
Qaynar Strazburq günəşi dərimin məsamələrini göynədirdi. Əlimə keçən ən nazik, bəlkə də ən qısa, bəlkə də diqqətləri üzərinə yığan və bəlkə də ən cazibədar donumu geyinib, marketə zəruri ərzaqlar dalınca yollandım. Bakıda belə donla küçə ilə rahat gəzməyə alışmadığım üçün tez-tez ətəyimi aşağı dartır, hətta bir az utanırdım da... Marketə yaxınlaşanda gördüm 3 sərxoş gənc italyanca danışır. İtalyanlar Avropanın ən temperamentli, çılğın milləti olduğundan azca çəkindim. Bu saat dönüb arxamca ya fit çalacaq, ya da nömrəsini qışqıracaq. Bəlkə də başları siqaretə bərk qarışmışdı, üzlərini döndərib, gözümə də baxmadılar. Nə qərib, nə qəribə?! Özü də içkili idilər...
Alış-veriş edib, çıxışa yaxınlaşdım. Sərxoş üçlük yerindən yarım addım da tərpənməmişdi. Yenə su kimi axan ana dillərində meyxoş söhbət edirdilər. Zalımın uşaqları yenə başlarını qaldırıb, "zənən xeylağı keçir, baxım, ağlıma gələn ilk iyrənc sözü qızın yaxasına yapışdırım" demədilər. "Müqəddəs" üçlüyün “anam-bacım olsun” prinsipi məni bir xeyli təəccübləndirdi. Axı torpağına qurban olduğum vətənimdə hər süd tükü yeni tökülən millətin namus yükünü balaca çiyinlərinə alıb, ağırlıqdan dizi üstə çökür. Axı mənim məmləkətimin bığıburma kişisi qızını can qurtarmaq istədiyi malı kimi ərə sırıyır ki, namusu təmizlənsin. Axı gözəl ölkəmin oğlanını küçədən keçən qadının, qızın beynindən çox ətəyinin qarışı maraqlandırır. Ən acısı isə bilirsinizmi nədir? Həmin qızların çoxu da bu libası əyninə geyinərkən baxışı ilə onu yeyən yad gözlərdən ilhamlanır.
Məsələnin kökü isə mətbəxdən qaynaqlanır. Təsəvvür edin, evdə gözəl süfrə açmısınız, bütün naz-nemətləri də düzmüsünüz masaya. Filmdə də deyildiyi kimi, barmaq qoymağa yer qalmayıb. Doyunca yeyib, içib, küçəyə çıxırsınız. Ən ləziz xörəyin iyi belə burnunuzu deşsə də, artıq toxsunuz. Təlkif olunsa da, yeməkdən imtina edəcəksiniz. Biz də azad qadın anlayışına əbədi susamış, əzəli acıq. Biz qadının dəyər yükünü hicabla, niqabla, lap elə qısa şortla yox, davranışla, mənəvi zənginliklə ölçüldüyünü dərk etmirik. Biz qadının söhbətinə yox, vücuduna vurulub, geyiminə görə qarşılayıb, yola salırıq. Çünki biz qadınların da əksəriyyəti qısa ətəyi, ayağımızı çılpaq qoyan şortu “mən sizin mentalitetinizdən daha üstünəm, mənim elm dünyam, sənət aləmim sizin kimi çürümüş beyinlərə meydan oxuyar” fikrindən yox, alov püskürən nəfsinizi, cinsi təmas, cinsi ünsiyyət, cinsi əlaqə çatışmazlığınızı “nağayrajaxsan?” deyərək, daha da qıcıqlandırmaq üçün geyinirik. Çünki bizim analarımızın da çoxu müqəddəs Məryəm olub, yerin altına enir. Qatar-qatar gəzib, etika-estetikadan təlimlər verir. Çünki bizim oğlanlar da qarşısında əyiləni əzməyə, haqqını tələb eliyəni tələf etməyə alışıb. Çünki bizim cəmiyyətimizinin "müqqədəs üçlük" anlayışı budur. Çünki biz təhsil almağa, mütaliəyə naməhrəm millətik.
Üzünü görmədiyim peyğəmbər simalı, günah tərəzisində tük qədər ağırlığı olmayan, bəyaz əbalı pak oğlan, əminəm ki, qarşında oturan əxlaqsızın qısa şortu ox olub, gözünü deşir. Bəs görəsən dünən zorlanan balaca qız da ayaqlarını küçədən keçən “sən”lərin qarşısında arsızca nümayiş etdirdiyinə görə cəzalanıb?! Bəlkə sən də şansını sınayasan?!
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü


































.jpg)