Köşə
Yumorun tənəzzül dalğası: Arif Quliyev DÖVRÜ
Leyla Sarabi
90-ların yenicə müharibədən çıxmış səfil psixologiyalı, kədərinə gülmək üçün gözü qığılcım gəzən xalqı.
Məğlubiyyətini pafoslu şeirlərlə bəzəməyə çalışan yuxulu millət.
Atəşi məcbur kəsilmiş, oda həsrət quru yurd.
Şəhərlərin səmasının iplərində gözübağlı gəzirdik. Közərən Qarabağ ocağının üstünə müstəqilliyin naşı sevincini səpib, məcburi köçkün yaxmacı yedirirdik. Başımızdan böyük qəzəllər əzbərləyirdik, ürəyimizdən qoca poemaların son nəfəsinə isinirdik.
Millətin hər şeyi kimi komediyası da, yumoru da tənəzzül dalğasında var-gəl edirdi. Eynən evlərimizin balaca qutusunda gəzişən Arif Quliyev kimi...
Dövlət Televiziyasının səyyar kameralarında onu görən kimi uşaqdan böyüyə hamımızın üzü gülürdü. Bir yandan da uşaqdan böyüyə həmin dövr üçün yad ifadəydi. O dövrün Azərbaycanı başdan-başa 70-dən 70-ə idi. Uşağı, böyüyü yoxmuş kimi...
Ölkə insanının bir cüt gözündən qaçqınlıq, naümidlik, çörək növbəsinin əzginliyi yağırdı. Onu görən kimi yorğunluq da gen gəzirdi. Ölkə boyu uşaqlaşırdıq. Bəlkə də elə hamımız körpə kimi sözlərini eşitmirdik, məntiqi, rabitəni çözmürdük, amma doğma simanı görən kimi sevinirdik. Nə deyir-desin, şərt odur, 5-10 dəqiqə də olsa, qlobal kədəri primitiv gülüş, bəlkə də o dövr üçün "ilahi komediya" ayağının altında tapdayırdı.
Bir yandan özümüzə yetimliyini dərd edirdik, işıq gələn tərəfdən də evimizin adamı sayırdıq.
Hər şeyin də fərqindəydi. Ümidsizliyi gülüşündən yuxu tökülən gözlərindən yağırdı. Yenə ruhdan düşmürdü. Bədən dili ilə qulağımızı aldadırdı. Əslində, Arif Quliyevin çiynində çox ağır yük vardı. Sanki yasın ortasına girib, ağrısından beyni keyimiş hüzr əhlinə lətifə danışırdı.
Bu gün də biz onun həyatını ilahi komediyaya çevirmişik. Ciyərindən aralanmaq istəməyən nəfəsi ilə qaçdı-tutdu oynayırıq.
Kefli İsgəndərlə dialoqu düşür yadıma:
- Axı biz qanmırıq sən nə deyirsən...
Qaranlıq günlərimizə barmaqların yana-yana kibrit çöpü alışdırdığın üçün sənə vəfa borcluyuq. Nə demək istədiyini qanmasaq da, səni lap ürəkdən anlayırdıq.
Cəhdinə sayğı!
Cisminə sağlıq!
Ruhuna alqış!
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur












.jpg)

























