Kriminal
DİN Ağsudakı müəmmalı hadisələrə aydınlıq gətirdi
Daxili İşlər Nazirliyi Ağsu rayon Keçdiməz kəndində baş verən hadisələrlə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunmuş və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib.
Saxlanılan Ü.Əzimzadə izahatında ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyinə görə onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.
Ü.Əzimzadənin əmisi oğlu Kamran Əzimzadə guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı isə onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, özünün qəsdən bıçaqla geyimini yararsız hala saldığı məlum olub. Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.
Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində saxlanılan şəxslər ətrafında araşdırmalar davam etdirilir.
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?




























.jpg)










