Köşə
Qarabağda görüşək!
Leyla Sarabi
Bağışla, oğlum!
Sənə söylədiyim nağıllarda düşmənin zülmünü sərhədləyirdim.
Bir az vicdan, azca mərhəmətlə zülmət həqiqəti rəngləyirdim.
Ucsuz nifrətlə ürəyində buzdan hasar hörmək istəmirdim. Səni öz əlimlə qaranlıq quyuya atmaq qorxusu bürüyürdü canımı.
Mənim nağıllarımda təpəgözün canı tək gözündə gizlənirdi, div öz günahının batağında boğulurdu.
Məsum canların bədheybət ovçularından, uşaqyeyən, ev yandıran azğınlardan danışmırdım sənə.
Yox!
Savaşdan qalib çıxacağından şübhə etmirdim. Damarından axan şərəfinin hər damlasına vətən qədər güvənirəm.
Gözləyirdim...
Düşmənin kök ata bilmədiyi torpağımda çürüyəcəyi günədək səbr edirdim.
Lal fəryadım ürəyimin künclərini döyəcləyib qanadırdı.
Vaxtdır, oğlum. Atan torpaq səni yanına çağırır. Çözülməyən tilsimini qır vətənin. Mənim üçün ölmə, balan üçün sağ qal, amma Vətənə qurban olmaqdan çəkinmə.
Sən ki, İsmayılın oğlusan.
Amma yalvarıram sənə. Mənim qanım-canım olduğunu da unutma.
Bətnimi cənazənə məzar etmə.
Qəbrini mənə qazdırma, oğlum.
Dastanını mənə yazdırma.
Dodağı çat güllərimizi ovut, bağımızı daş-qalaqdan, ot-alaqdan təmizlə.
Çinarın kölgəsində nəfəsini dər, məni səslə. Fəryadla yox sevinc ilə...
Evimizdə... Qarabağda görüşək!
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO




























_(1).jpg)









