ABŞ
Baydenin kriptovalyutası bir gündə 97% çökdü
ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Baydenin yaratdığı $LAPTOP sikkəsinin (token) bazara çıxdıqdan qısa müddət sonra kəskin ucuzlaşıb.
Publika.az xəbər verir ki, $LAPTOP sentyabrın 9-da istifadəyə verildikdən sonra son dərəcə yüksək volatillik nümayiş etdirib. İlkin qiyməti təxminən 0,05 dollar olan token qısa müddətdə yüzlərlə dollara yüksəlib, daha sonra isə dəyərinin böyük hissəsini itirib.
Mənbələrə görə, tokenin bazar kapitallaşması müəyyən mərhələdə 110 milyard dollara yaxınlaşıb. Ardınca isə kəskin eniş başlayıb və qiymət 99 faizə qədər aşağı düşüb. Digər məlumatlarda tokenin zirvə qiymətinin 200-300 dolları keçdiyi, sonradan isə bir neçə dollara qədər gerilədiyi bildirilir.
Hanter Bayden çöküşü aşağı likvidlik və texniki problemlərlə izah edib. Kriptovalyutanın bazara məhdud likvidliklə çıxması və avtomatlaşdırılmış ticarət botlarının aktivliyi qiymətdə kəskin dalğalanmaya səbəb olan amillər arasında göstərilir.
Qeyd edək ki, $LAPTOP adı Hanter Baydenin 2020-ci il ABŞ prezident seçkiləri ərəfəsində böyük siyasi qalmaqala səbəb olan noutbukuna işarə edir.
Bu arada ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp da Hanter Baydenin kriptovalyutasının kəskin ucuzlaşmasına münasibət bildirib və ona kriptovalyutadan uzaqlaşıb rəssamlığa qayıtmağı tövsiyə edib.
Müəllif: Adəm
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO





















.png)











